Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
3-9 oktyabr 2019-cu il
39 (1086)
19-25 sentyabr 2019-cu il
37 (1084)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Azərbaycan Beynəlxalq Bankı” öz korporativ müştəriləri üçün daha bir imkan yaradıb.

Bankdan  bildiriblər ki, korporativ müştərilərin İnternetBank sisteminin əməliyyat imkanları genişləndirilərək, sistemə əməkhaqqı faylının yüklənməsi funksiyası da əlavə olunub. Bu yeniliyin yaratdığı imkanlardan faydalanmaqla, korporativ müştərilər əməkhaqlarının fərdi kart hesablarına köçürülməsi əməliyyatlarını indi daha uyğun, rahat və operativ şəkildə yerinə yetirə bilərlər. Bu funksiya əməkdaşların əməkhaqlarının ödənişi, eləcə də digər sosial xarakterli ödənişlərlə bağlı bankla məlumat mübadiləsinin optimallaşdırılmasına, bu prosedurun sürətləndirilməsinə imkan verir.

Bankın həm fərdi, həm də korporativ müştərilər üçün yaratdığı İnternetBank xidməti hüquqi şəxs və sahibkar fiziki şəxs olan müştərilərə cari, əmanət, kredit hesablarını məsafədən idarə etmək və internet üzərindən müxtəlif bank əməliyyatları aparmaq imkanı verir.

Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.