Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Azərbaycan Beynəlxalq Bankı"nın xarici öhdəliklərinin restrukturizasiyası prosesi bankın törəmə müəssisələri olan "Azərbaycan Beynəlxalq Bankı–Moskva"nın ("ABB-Moskva") və "Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan"ın ("ABB-Gürcüstan") fəaliyyətinə aid olmayacaq.

Bankın mətbuat xidmətindən bildiriblər ki, adıçəkilən törəmə müəssisələr xarici öhdəliklərə malik deyil. Bu banklar Rusiya və Gürcüstan dövlətlərindən alınmış müvafiq lisenziya əsasında həmin ölkələrin qanunvericiliyinə uyğun fəaliyyət göstərir. Bu ölkələrin mərkəzi banklarının qəbul etdiyi bütün normativlərə əməl edir. Hər iki törəmə bankın maliyyə durumunun adekvatlığı onların fəaliyyət göstərdiyi Rusiya və Gürcüstanın mərkəzi banklarının müəyyən etdiyi normativ tələblərdən dəfələrlə yaxşıdır.

Hazırda həm "ABB–Moskva", həm də "ABB-Gürcüstan" universal bank olaraq bu ölkələrin ən aparıcı maliyyə-kredit təşkilatı sırasına daxildir. 2016-cı ilin oktyabrında Moody's beynəlxalq reytinq agentliyi "ABB-Moskva"nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini "В3" səviyyəsindən "В2" səviyyəsinə qədər artırıb. Bankın kredit qabiliyyətinin qiymətləndirilməsi (BCA) b3-dən b2 pilləsinə yüksəlib. Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də əvvəlki B-2 deyil, daha yüksək B-1 səviyyəsində dəyərləndirilib. Bankın uzunmüddətli depozit reytinqi üzrə proqnoz stabil qiymətləndirilib.

"ABB–Moskva" və "ABB-Gürcüstan" hazırda müştərilər qarşısındakı öhdəliklərini uğurla yerinə yetirir. Rusiya və Gürcüstanın maliyyə bazarındakı uzunmüddətli işgüzar nüfuzunu qoruyub saxlayır. Fəaliyyətinin müasir tələbələrə uyğun qurulması üçün strateji inkişaf planına uyğun müvafiq tədbirləri davam etdirir.