Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

PAŞA Bank 2016-cı ilin maliyyə nəticələrini açıqladı

 

PAŞA Bank 31 dekabr 2016-cı il tarixinə bitən il üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini açıqlayıb. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva çıxış ediblər.

PAŞA Bank Azərbaycanın maliyyə sektorunda daha da genişlənərək, korporativ müştərilər və özəl bankçılıq seqmentlərində maliyyə xidmətləri göstərən, şəffaf biznes prinsiplərinə əməl edən aparıcı banklardan birinə çevrilməyi qarşısına məqsəd qoymuşdur. Bankın 2015-2017-ci illəri əhatə edən cari İnkişaf Strategiyanın əsas hədəflərindən biri aktivlərin yüksək keyfiyyətini saxlamaqdır. Bank mənfəət və risk arasında tarazlıq yaradaraq öz aktivlərini yüksəklikvidli və yarımlikvidli aktivlər arasında bölüşdürmüşdür.

PAŞA Bank məcmu kapitalını 487,266 min manat səviyyəsinə çatdıraraq, bu göstəriciyə görə ən iri bank mövqeyini qoruyub saxlamışdır. Qeyd edək ki,  2015-ci ildə bu rəqəm 432,489min manat təşkil edirdi.

31 dekabr 2016-cı ilə olan vəziyyətə, Bankın aktivlərinin ümumi həcmi 3,289,845  AZN təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü üzrə göstəricilərlə (2,292,739 AZN) müqayisədə 43% artım deməkdir. 

Bank aktivlərinin 31 dekabr 2016-cı il tarixə olan bölgüsü isə  belədir:

- pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri - 34%,
- müştərilərə verilmiş kreditlər - 34%,
- qiymətli kağızlar portfeli - 22%,
- kredit təşkilatlarına verilən vəsaitlər - 8%,
- qalan hissəsi - digər uzunmüddətli və cari aktivlər.

Bank ümumi portfelini 23% (1,169,607 AZN) yüksəldərək, güclü kredit artımına nail olmuşdur (2015-ci ilin sonuna bu, 949,848 min manat təşkil edirdi).

Portfel üzrə effektiv ehtiyat dərəcəsi 5,3% (2015 - 5%) təşkil etmişdir. Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarının (BMHS) tələblərinə uyğun olaraq və kredit riskləri üzrə qabaqcıl prinsiplərin tətbiq edilməsi nəticəsində, 2016-cı ildə qeyri-işlək kreditlərin ümumi portfelə nisbəti öncəki ilin eyni dövrü ilə müqayisədə 3,82%-dən 8,25%-ə qalxmışdır. Bununla belə, Bank paralel olaraq qeyri-işlək kreditlərə yanaşmada daha konservativ daxili metodologiya tətbiq edir və yerli normativ tələbləri nəzərə almaqla, Bankın Kredit Komitəsinin və İdarə Heyətinin ciddi nəzarəti altında saxlayır.

Bank 2,350,687 min manata bərabər balansı olan müştəri bazasını yaratmağa da müvəffəq olmuşdur. Bu, 2015-ci ilin 1,374,113 min manat göstəricisi ilə müqayisədə 71% artım deməkdir. Qeyd edilmiş müştəri bazası balansı əsasən müddətsiz və müddətli hesablar üzrə müvafiq olaraq 42% və 58%  nisbətində formalaşmışdır (2015-ci ilin sonuna müvafiq olaraq 66% və 34% nisbətində).

Bankın 2016-cı ildə başa çatmış 12 ay üzrə xalis mənfəəti 69,288 min manat təşkil etmişdir. Qeyd edək ki, 2015-ci ildə bu göstərici 14,383 min manat olmuşdur. 2015-ci ildə başa çatmış 12 ay üzrə məcmu əməliyyat gəliri 186,499 min manat təşkil edir, bu isə 2015-ci ilin eyni  dövrü üzrə əldə edilmiş 116,253 min manat ilə müqayisədə 60% artım deməkdir.

Bankın faiz gəliri 157,502 min manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 82,003 min manat olmuşdur və bunun nəticəsi olaraq Bankın ümumi əməliyyat gəlirlərində qeyri-faiz gəlirlərinin nisbəti 44% təşkil etmişdir.

Bankın sənədli əməliyyatlar balansı (o cümlədən post-maliyyələşdirmə) 303,727 min manat təşkil etmişdir, bu isə 2015-ci ildə 347,134 min manat olmuşdur.

Bank AMB-nin müəyyən etdiyi 20%-lik kapital tələblərinə müvafiq olaraq proqnozlaşdırılmış baza kapitalının adekvatlığı əmsalına da nail olmuşdur (2015-ci ildə - 17%).

 

 Mətanət