Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Aktivlərinin ümumi həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” 2017-ci ilin yanvar-mart ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən bildiriblər ki, operativ məlumatlar əsasında hazırlanan rüblük hesabatın nəticələrinə əsasən, cari ilin birinci rübündə “PAŞA Həyat” tərəfindən ümumilikdə 32,099 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 10,731 milyon manat və ya 50 faiz çox olub.

Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə “PAŞA Həyat” tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi isə 1,663 milyon manat və ya 27 faiz artaraq 7,755 milyon manata çatıb.

Сari il aprelin 1-nə nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edən “PAŞA Həyat” şirkəti 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “həyatın müddətli sığortası”, “istehsalatda bədbəxt hadisələrdən icbari sığorta”, “yığım tərkibli yaşam sığortası”, “sağalmaz xəstəliklərdən sığorta” və digər könüllü həyat sığortası məhsulları təklif edir.