Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Martın 27-də Bakıda Azərbaycan Respublikası Mərkəzi Bankının təşkilati dəstəyi və dünyanın aparıcı pul çapı, təhlükəsiz kağız və mühafizə elementləri istehsalı şirkətlərinin və mərkəzi bankların iştirakı ilə "Yüksək təhlükəsiz pul çapı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Mərkəzi Bankdan bildiriblər ki, üç gün davam edəcək konfransın ilk günü pul çapı, təhlükəsiz kağız və mühafizə elementlərinin istehsalı üzrə beynəlxalq şirkətlər tərəfindən iştirakçılar üçün seminarlar təşkil olunacaq, növbəti günlərdə isə mərkəzi banklar və beynəlxalq şirkətlər də daxil olmaqla geniş təqdimatlar keçiriləcək.

Konfransın əsas təşəbbüskarı Böyük Britaniyanın "Reconnaissance International" şirkətidir. Bu şirkət tərəfindən 14 ildir ki, hər il dünyanın müxtəlif regionlarında bu mövzuda konfranslar keçirilir. Cari ildə konfrans Avropa regionu üzrə Azərbaycanda, Amerika regionu üzrə Qvatemalada, Asiya regionu üzrə isə Avstraliyada baş tutacaq.

Azərbaycanda ilk dəfə keçirilən bu konfransda 50-yə yaxın ölkənin pul çapı, təhlükəsizlik kağız və mühafizə elementləri istehsalı şirkətlərindən, beynəlxalq təşkilatlardan, elmi-tədqiqat institutlarından və 20-yə yaxın mərkəzi bankdan 300-dək nümayəndə iştirak edir.

Konfransda nağd pul tədavülünün təşkili, ödəniş infrastrukturu, kağız pul nişanlarının, təhlükəsiz kağız substratların və mühafizə elementlərinin yaradılması, banknot və digər yüksək təhlükəsizlik sənədlərinin çap olunması, bu sahədə yeni innovasiya və texnologiyaların tətbiqi, eləcə də saxtalaşdırmaya qarşı mübarizənin gücləndirilməsi kimi mövzular müzakirə olunacaq.

Eyni zamanda, konfransda Azərbaycan Respublikası Mərkəzi Bankının "Azərbaycanda nağd pul tədavülü və nağdsız ödəniş ekosistemi" və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Azərbaycanda e-pasportların tətbiqi" mövzularında, eləcə də Beynəlxalq Nağd Pul Assosiasiyası, ATM Sənayesi Assosiasiyası (Böyük Britaniya), Avropa Mərkəzi Bankı, Türkiyə, Rusiya, Macarıstan, Səudiyyə Ərəbistanının mərkəzi banklarının və digər beynəlxalq təşkilatların (İsveçrə, Fransa, Almaniya, Polşa və s. ölkələrdən) təqdimatları nəzərdə tutulur.