Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Mərkəzi Bankın 2016-cı ilin nəticələrinə əsasən, ölkədəki banklar arasında keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" və "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank" nominasiyalarının qaliblərindən olub.

2016-cı il ərzində "Azərbaycan Beynəlxalq Bankı"nın ödəniş kartları ilə 28 mindən çox əməliyyat yerinə yetirilib. Əməliyyatların ümumi dövriyyəsi 4 milyard manatdan artıq olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində "Azərbaycan Beynəlxalq Bankı"nın 11300 POS-terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə "Azərbaycan Beynəlxalq Bankı" ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. "VİSA PayWave" və "Mastercard PayPass" ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz "Azərbaycan Beynəlxalq Bankı" tətbiq etməyə başlayıb.

Eyni zamanda, "VİSA İnternational" şirkəti ilə müştərək şəkildə "Sıfır məsuliyyət" (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz "Azərbaycan Beynəlxalq Bankı"na məxsusdur.

Qeyd edək ki, 36 filiala və 40 şöbəyə malik olan "Azərbaycan Beynəlxalq Bankı"nın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.