Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Mərkəzi Bankın həyata keçirdiyi maliyyə savadlılığı işləri çərçivəsində milli valyutamızın kağız pul nişanlarını əhaliyə daha yaxından tanıtmaq və onları milli atributumuz barədə maarifləndirmək məqsədilə manatın vahid konsepsiyası və ayrılıqda hər bir nominal haqqında xüsusi videoçarxlar hazırlanıb.

Bankdan bildiriblər ki, videoçarxlarda hər nominalın fiziki göstəriciləri, dizayn və mövzusu ilə yanaşı, onların üzərindəki təhlükəsizlik və mühafizə elementləri də əks olunur.

Ətraflı məlumatı http://bizimpullar.az/blocks/index?category=money ünvanından əldə etmək olar.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən ölkədə maliyyə savadlılığının artırılması məqsədilə hazırlanan maliyyə savadlılığı portalı (http://bizimpullar.az/) əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılmasına, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsinə və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edir.

Portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.