Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Kapital Bank” öz şəbəkəsinə daxil olan bankomatlara yeni funksiya əlavə edib.

Bankdan verilən məlumata görə, artıq istənilən bankın ödəmə kartının sahibləri “Kapital Bank” bankomatları vasitəsilə hesablarına vəsait mədaxil edə bilərlər. Bu zaman komissiya 1 faiz təşkil edəcək.

Bankın ödəniş kartlarının tarifləri üzrə ətraflı məlumatı https://kapitalbank.az/useruploads/terms/tarifler_kartlar.pdf saytından əldə etmək olar.

Hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı var. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. “Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9 minədək POS terminalı var.

Qeyd edək ki, “Kapital Bank” MasterCard International və Visa International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını “Kapital Bank” filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 90 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.kapitalbank.az saytından, 196 Sorğu Mərkəzindən və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə etmək olar.