Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) sağlamlaşdırılması tədbirləri 2017-ci ildə də davam etdiriləcək.

Bu barədə jurnalistlərə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

“Bankın kapitalının daha dayanıqlı, aktivlərinin keyfiyyətinin daha da sağlamlaşdırılması, ən əsası isə bankın daha dayanıqlı gəlir generasiya edə bilməsi üçün institusional təkmilləşdirmə proqramımız var. Hazırda 2017-ci il üçün bu proqram bankın menecmenti və əsas səhmdarı olan Maliyyə Nazirliyi ilə birgə hazırlanıb Palataya təqdim olunub. Bu gün gələn il görüləcək işlərin müzakirəsi davam etdirilir. Əminik ki, bu tədbirlərin həyata keçirilməsi 2017-ci ildə ABB-nin sağlamlaşdırılması prosesinin başa çatdırılmasını təmin edəcək. Hazırda ABB idarə olunacaq səviyyəyə qədər kiçildilib, onun müəyyən aktivləri, öhdəlikləri bank sektorunun digər təmsilçilərinə ötürülür”,- deyə Rüfət Aslanlı bildirib.