Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Oktyabrın 31-də VTB (Azərbaycan)ın Bakıda Atatürk prospekti 2 ünvanında “Gənclik” filialı işə başlayıb.

Bankdan bildiriblər ki, yeni filialda müştərilərə geniş çeşiddə və keyfiyyətli bank məhsulları və xidmətlər təklif olunacaq. Fiziki və hüquqi şəxslər depozit hesabların açılması, hesablaşma-kassa xidmətləri, valyuta mübadiləsi, kommunal xidmətlər üzrə ödəniş, pul vəsaitlərinin göndərilməsi və alınması, plastik kartların sifarişi, internet-bankinqə qoşulma kimi xidmətlərdən istifadə edə bilər.

Bankın bütün ofislərində olduğu kimi, 24 saatlıq Çağrı Mərkəzi “Gənclik” filialının da müştərilərinin xidmətindədir. Mərkəzin 986 (Azercell abunəçiləri üçün - 012 986) qısa nömrəsinə müştərilər istənilən vaxt, o cümlədən qeyri-iş günlərində də müraciət edə bilər.

“Biz, bankın filial şəbəkəsinin optimallaşdırılması üzrə işləri davam etdiririk. Əsas məqsədimiz müştərilərə yaxın olmaq, onlara keyfiyyətli maliyyə xidmətləri göstərmək və maksimal şəkildə komfortlu şərait yaratmaqdır”,- deyə, Bank VTB (Azərbaycan)ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.