Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Oktyabrın 24-də Bakıda “Bank VTB (Azərbaycan)”ın yeni “Elmlər” filialı açılıb.

Bankdan bildiriblər ki, filial H.Cavid prospekti, 32 ünvanında, “Elmlər Akademiyası” metro stansiyasının yaxınlığında yerləşir. Filial fərdi sahibkarlara, hüquqi və fiziki şəxslərə geniş spektrdə bank xidmətləri, o cümlədən cari və depozit hesabların açılması, plastik kartların sifarişi, ölkə daxilinə və xaricə pul göndərilməsi və alınması, hesablaşma-kassa əməliyyatları üzrə xidmətlər təklif edir. Filialda kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş maliyyə xidmətlərinə xüsusi diqqət yetiriləcək.

“Elmlər” filialının üstünlüklərindən biri seyf qutularının icarəsi üzrə xidmətin göstərilməsidir. Müştərilər sənədlərini, zinət əşyalarını, pullarını və digər qiymətli əşyalarını güvənli və təhlükəsiz şəraitdə qoruyub saxlamaq üçün müxtəlif həcmli depozit qutularını icarəyə götürə bilər.

“Paytaxtın sıx əhalisi olan hissələrindən birində yeni filialın açılması bankın inkişaf strategiyasına uyğundur. Məqsədimiz Azərbaycan sahibkarları üçün əsas tərəfdaş bank olmaqdır. Müştəri və tərəfdaşlarımızın rahatlığını təmin etmək üçün filial şəbəkəmizin yaxşılaşdırılması və müasirləşdirilməsi siyasətimizi davam edəcəyik”, - deyə “Bank VTB (Azərbaycan)”ın idarə heyətinin üzvü, korporativ biznesin inkişafı departamentinin direktoru İqor Okayev bildirib.