Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Bank of Baku” internet bankçılıq xidmətindən istifadə edən müştəriləri üçün növbəti yeniliyi təqdim edir.

Bankdan bildiriblər ki, indi müştərilər yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimə, eləcə də büdcə ödənişlərinin hamısını bir yerdə – internet bankçılıq xidməti vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər. Müştərilərin rahatlığını təmin etmək məqsədilə tətbiq edilən bu yenilik onlara aşağıdakı xidmətlər üzrə ödənişlər etmək imkanı yaradır: Daxili İşlər Nazirliyi, İpoteka Ödənişləri, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu ödənişləri.

Qeyd olunan yeni xidmətlər üzrə ödənişlərin siyahısını internet bankçılıqda şəxsi kabinetdən “Kommunal və digər xidmətlərin ödənişi”ni seçib “Büdcə ödənişləri” bölməsinə keçid almaqla tapmaq olar. İstifadəçilər proqram təminatında hər bir ödəniş üzrə mövcud geniş axtarış modullarından istifadə etməklə ödəyəcəyi xidməti seçərək təsdiq düyməsinə basmaqla ödənişi icra edə bilərlər. Tarixçədə saxlanılan hər bir ödənişi növbəti dəfə sadəcə təsdiq əsasında həyata keçirmək olar.

İnternet bankçılığa bankın 145 Məlumat Mərkəzinə zəng etməklə və filiala müraciət etməklə qoşulmaq olar.