Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Əmanətlərin Sığortalanması Fondu Sığorta hadisəsi baş vermiş "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə müraciət edib.

Fonddan bildiriblər ki, ləğv prosesində olan "Bank Standard"ın əmanətçilərinin sayının çoxluğunu və əmanətçilər arasında sosial həssas təbəqələrin olmasını nəzərə alaraq, Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 13-dən etibarən 50 min ABŞ dolları və 80 min manat məbləğinədək olan qorunan əmanətlər üzrə kompensasiyaların ödənişi həyata keçirilir.

Daha iri məbləğdə qorunan əmanətlər üzrə kompensasiyaların ödənişinə isə yaxın günlərdə başlanılacaq və bu barədə ictimaiyyət əlavə məlumatlandırılacaq. Kompensasiyaların ödənişi ləğv prosesində olan "Bank Standard"ın baş ofisi daxil olmaqla Bakı şəhəri və regionlarda yerləşən 14 filialında həyata keçirilir.

Qeyd edək ki, "Bank Standard"da oktyabrın 4-də sığorta hadisəsi baş verib, oktyabrın 11-dən etibarən bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Qeyd olunan tarixdən etibarən əmanətçilər ləğv prosesində olan "Bank Standard"ın filiallarına müraciət etməklə qorunan əmanətləri üzrə kompensasiyaları ala bilərlər.

Əlavə məlumat almaq üçün Əmanətlərin Sığortalanması Fondunun əlaqə nömrələri: (012) 596 65 91/92/93 və "941" qaynar xətt.