Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Oktyabrın 1-də lisenziyası geri alınmış "Bank Standard"ın ipoteka portfeli "MuğanBank" və "NBCBank"a verilib.

Azərbaycan İpoteka Fondu” ASC ilə “NBCBank” ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfelinin bir hissəsi “NBCBank” ASC–yə ötürülüb.

Bundan sonra “NBCBank” ASC Maliyyə Bazarlarına Nəzarət Palatasının 30.09.2016 tarixli qərarına əsasən lisenziyası ləğv edilmiş “Bank Standard”ın ipoteka kreditləri üzrə portfelinin ötürülmüş hissəsinin idarə olunmasını həyata keçirəcək.

Azərbaycanın bank sektorunun ilk banklarından olan “NBCBank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Eyni zamanda “NBCBank” ASC 2011-ci ildən “Azərbaycan İpoteka Fondu”nun üzvüdür və minə yaxın ipoteka müştərisinə xidmət göstərir. Hal-hazırda bankın ölkə ərazisində 11 filialı və 1 şöbəsi, hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir.

Bundan başqa, “Azərbaycan İpoteka Fondu” ASC ilə “Muğanbank” ASC arasında imzalanmış (20.12.2006-cı il tarixli) xidmət müqaviləsinə əlavə olaraq, “Bank Standard”-ın ipoteka portfelinin bir hissəsi “Muğanbank” ASC–yə ötürülüb. Bankdan Trend-ə verilən məlumata görə, “Muğanbank” ASC 2000 nəfərə yaxın ipoteka götürmüş müştəriyə xidmət göstərir və müvəkkil kredit təşkilatları arasında ipoteka portfelinin həcminə görə 1-ci yerə yüksəlib.

Azərbaycanın maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), WorldBusiness Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), The Green for Growth Fund, Southeast Europe (GGF), Cənub-şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.