Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Bank VTB (Azərbaycan)” müştərilərinə əməkhaqqı layihəsi üzrə sərfəli xidmət şərtləri təklif edir.

Bankdan bildiriblər ki, bankın əməkhaqqı layihəsi maaş, eləcə də təqaüd və digər daimi birdəfəlik gəlirlərin şirkət əməkdaşlarının hesabına asan və sürətli köçürmə üsulunu nəzərdə tutur. Çoxsaylı üstünlükləri sayəsində əməkhaqqı layihəsi həm müəssisə, həm də əməkdaşlar üçün əlverişlidir. Layihə çərçivəsində təşkilatlar üçün ucuz qoşulma tarifləri mövcuddur. Bundan başqa “Visa Classic”, “Visa Gold”, “Visa Platinum” kartlarının pulsuz verilməsi və kartlara ödənişsiz xidmət göstərilməsi təklif olunur. “Bank VTB (Azərbaycan)”ın kartı ilə əmək haqqı alan şirkət əməkdaşları maaşın məbləğinin 50 faizinədək “overdraft” almaq, pulsuz internet-bankinq və “3D Secure” xidmətinə qoşulmaq üstünlüyü əldə edirlər. Maaş kartları istifadəçiləri üçün, həmçinin digər bank məhsulları üzrə paket tariflər və endirim proqramı, o cümlədən bankın tərəfdaşları olan şirkətlərdə endirimlər təklif edilir.

“Bank VTB (Azərbaycan)” kartı ilə əmək haqqı alan müştərilər yerli “AccessBank”ın, eləcə də VTB qrupun banklarının – “VTB (Gürcüstan)”, “VTB (Ukrayna)”, “VTB (Qazaxıstan)”, “VTB (Belarus)”, həmçinin Rusiyadakı “VTB24”, “Moskva” və “Poçt” banklarının daxil olduğu bankomat şəbəkəsindən güzəştli tariflərlə istifadə edə bilərlər.

“Bank VTB (Azərbaycan)”ın əməkhaqqı layihəsi həm müəssisə, həm də əməkdaşlar üçün müasir və sərfəlidir. Bizdə hər bir müştəriyə fərdi yanaşma mövcuddur. Müəssisələrə öz işçilərinə maaşların ödənilməsi ilə əlaqədar bütün məsələləri bizə etibar etmələrini təklif edirik. “3D Secure” xidməti ilə müştərilərimiz kart məhsullarının təhlükəsizliyini təmin edir”, - deyə “Bank VTB (Azərbaycan)”ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.