Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Bank VTB (Azərbaycan)” Bakı şəhərinin ən sıx nöqtələrində 5 yeni bankomatını istifadəyə verib.

Bankdan bildiriblər ki, bankomatlar “Bank VTB (Azərbaycan)”ın filiallarından kənarda quraşdırılıb ki, bu da bankın müştərilər üçün ən rahat və əlverişli yerlərdə xidmət göstərilməsi üzrə yeni strategiyasının tərkib hissəsidir.

Bankın kart sahibləri yeni ATM xidmətlərindən aşağıdakı məntəqələrdə istifadə edə bilərlər: 28 Mall (“28 May” metro stansiyasının çıxışı), Park Bulvar (Dənizkənarı bulvar, “Sahil” metro stansiyasının çıxışı), Metropark (“N. Nərimanov” metro stansiyası yanında) ticarət və əyləncə mərkəzlərində, eləcə də “Xətai” metrosunun çıxışında və Bakı Beynəlxalq avtovağzalı (Sumqayıt şossesi) ərazisində.

24/7 prinsipi ilə gün ərzində fasiləsiz çalışan bankomatlarda müştərilər nağldaşdırma, hesabdan çıxarışın alınması, 3D Secure xidməti üçün PİN-kodun alınması, kartdan karta pul vəsaitlərinin köçürülməsi (Card to Card xidməti), eləcə də kartı olmayan şəxsə öz kartından pulun köçürülməsi (Cash by Code) kimi xidmətlər üzrə əməliyyatlar həyata keçirə bilər.

Bankomat şəbəkəsinin genişlənməsi bankın kart biznesinin dinamik inkişafı və “VTB (Azərbaycan)”ın kart sahiblərinin sayının artımı ilə əlaqədardır.