Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Azərbaycan Mərkəzi Bankı (AMB) Uşaq və Gənclərin Maliyyə Savadlılığı üçün Beynəlxalq İnkişaf Fondu ilə birgə maliyyə savadlılığı layihəsi üzrə tərəfdaş qurumlar üçün “Maliyyə savadlılığının tədrisində aktiv təlim metodları” adlı seminar keçirib.

AMB-dən verilən məlumata görə, seminarın keçirilməsində məqsəd uşaq və gənclərin maliyyə savadlılığının artırılması sahəsində fəal iştirak edən aidiyyatı qurumların potensialı və onların bu sahədə çalışan əməkdaşlarının texniki ekspert biliklərinin gücləndirilməsi, eləcə də maliyyə savadlılığı üzrə təlimçilərə mütərəqqi yanaşma və metodların ötürülməsi olub.

"Accessbank" QSC-nin təlim mərkəzində keçirilmiş üç günlük seminarda Vışeqrad Qrupu ölkələrində maliyyə savadlılığı sahəsində tətbiq olunan təlim metodologiyaları, aktiv təlim metodlarının üstün cəhətləri, uşaq və gənclərin maliyyə inklyuzivliyinin önəmi və onların ehtiyaclarına uyğun bank məhsul və xidmətlərinin hazırlanması kimi məsələlər müzakirə edilib.

Seminarda Mərkəzi Bank, ölkədə fəaliyyət göstərən banklar və QHT-lərin nümayəndələrindən ibarət 20 nəfər iştirak edib.

Sonda seminar iştirakçılarına müvafiq sertifikatlar verilib.