Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Vaxtaşırı olaraq müştərilərini yeni innovativ məhsul və xidmətləri ilə sevindirən Azər Türk Bank MasterCard PayPass təmassız ödəniş kartlarını təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, müştərilərin rahatlığının təmin edilməsi məqsədi ilə tətbiq olunan bu yenilik Bankın bu növ kart sahiblərinə MasterCard PayPass loqotipi ilə təchiz olunmuş POS-terminallarda bir toxunuşla ödəniş etmək imkanı yaradacaq. Kart sahibləri kartlarını təmassız ödənişləri qəbul edən Post-terminallara yaxınlaşdırmaqla xırda ödənişləri PİN-kod daxil etmədən həyata keçirə biləcəklər. Bu da Azər Türk Bankın MasterCard PayPass təmassız ödəniş kartlarının sahiblərini əlavə vaxt itkisindən azad edəcək.

Eyni zamanda bank təsərrüfat subyektlərinə təqdim etdiyi POS terminallarda da təmassız ödənişlərin qəbulunu aktivləşdirir. Artıq ən son texnalogiya ilə təchiz olunmuş kartlarla da bu tip POS terminallarda ödəniş etmək mümkündür.Azər Türk Bankın MasterCard PayPass təmassız ödəniş kartlarına sahib olmaq istəyən şəxslər Bankın istənilən filialına müraciət edə bilər, yaxud www.azerturkbank.az saytı vasitəsilə online qaydada debit və kredit kartları sifariş edə bilərlər.

İqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin verilməsini özünün əsas missiyası kimi müəyyənləşdirmiş “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.