Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“DəmirBank” ASC-nin nizamnamə kapitalı 50 milyon manat artırılacaq.

Bankdan  bildirilib ki, bununla bağlı qərar “DəmirBank”ın səhmdarlarının avqustun 6-da keçirilmiş növbədənkənar yığıncağında qəbul olunub. Səhmdarların qərarı ilə bankın nizamnamə kapitalı əlavə səhmlərin emissiyası yolu ilə artırılacaq.

Əlavə səhm emissiyası nəticəsində bankın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çevriləcək. Səhmdarların qərarı ilə səhmlərin yerləşdirilməsi qapalı yerləşdirilmə üsulu ilə, əqdlərin Bakı Fond Birjasında qeydiyyatı vasitəsilə həyata keçiriləcək.

Qeyd edək ki, kapitalın artımı “DəmirBank”ın uzunmüddətli dayanıqlılığı və strateji inkişaf hədəflərinin reallaşmasına hesablanmış addım olaraq bankda gələcəkdə yeni layihə və investisiyaların daha da inamla tətbiqi üçün şərait yaratmış olacaq.

Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.