Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank VTB (Azərbaycan)" müştərilərinə Çin valyutası yuanla hesablaşma-kassa xidmətləri təklif edir.

Bankdan bildiriblər ki, "Bank VTB (Azərbaycan)”ın müştəriləri həm Çin yuanı ilə hesabın açılması və hesaba xidmət göstərilməsi, həm də pul köçürmələri xidmətindən istifadə edə bilərlər. Hesabın açılması və hesaba xidmət üzrə müştərilərdən komissiya tutulmur, pul vəsaitlərinin köçürülməsi isə sərfəli tariflər ilə təklif olunur. Yuan ilə pul vəsaitlərinin köçürülməsi əməliyyatları yalnız nağdsız şəkildə həyata keçirilir. Bu halda pul vəsaitlərinin köçürülməsi üçün müştərilərdən bank pulu yuanda yox, manat, rubl və sərbəst konvertasiya edilən valyutada qəbul edir və onların Çin valyutasına mübadiləsini həyata keçirir. Təcili köçürmə üzrə komissiya məbləği 200 yuan təşkil edir.

"Hazırda Çin iqtisadiyyatı dünyada ən iri iqtisadiyyat hesab olunur. Bu bazara Azərbaycan iş adamlarının da marağı günbəgün artır. Buna görə də biz maksimal dərəcədə rahat və sərfəli hesablaşma-kassa xidmətləri təklif etməyə çalışırıq. Bu gün "Bank VTB (Azərbaycan)" ölkədə Çin yuanında xidmət təklif edən yeganə bankdır", - deyə bankın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Bank Çin yuanından başqa rubl, dollar, avro və funt sterlinqdə hesablaşma-kassa xidmətləri təklif edir.