Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Unibank”ın Visa kartı ilə müştərilər arzuladıqları səyahəti bu yay reallaşdıra biləcəklər.

Bankdan bildiriblər ki, “Unibank” Visa kart sahibləri az pul xərcləməklə möhtəşəm səyahət paketini əldə edəcəklər. “Visa ilə arzularınızın səyahətini qazanın!” stimullaşdırıcı lotereya çərçivəsində Visa Premium-Visa Gold, Platinum və İnfinite kart sahibləri 50 AZN-dən (və ekvivalentində) başlayan nağdsız əməliyyat apardıqda, lotereya iştirakçısına çevrilirlər.

Lotereyada iyulun 31-dək Azərbaycan ərazisində və ya xarici ölkələrdə nağdsız əməliyyat aparan hər kəs (kommunal ödəniş, telefon balansının artırılması, internet və kabel TV ödənişləri, kart balansının artırılması istisna olmaqla) iştirak edə bilər.

Hər 50 AZN ekvivalentindən başlayan əməliyyat (tranzaksiya) bir şansdır.

Uduş fonduna 6 ədəd hərəsi 6350 AZN dəyərində səfər vauçeri, 120 ədəd 50 AZN dəyərində “Sabina Perfumery” mağazalar şəbəkəsinin hədiyyə kartı daxildir.

Lotereyada 18 yaşına çatmış fiziki şəxslər və Azərbaycan Respublikasının vətəndaşı və daimi yaşayışı olan şəxslər iştirak edə bilər.

Ətraflı məlumatı http://www.visa.com.az/ saytından əldə etmək olar.