Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank BTB" "Güvən, Qazan!" adlı yeni depozit kampaniyasına start verib.

Bankdan bildiriblər ki, kampaniya müştərilərə sərfəli şərtlərlə manatla və ABŞ dolları ilə əmanət yerləşdirməyə imkan verir. İyulun 16-dək davam edəcək kampaniya "Müddətli" və "Proqressiv" əmanəti məhsulları çərçivəsində keçirilir. Manat və ABŞ dolları valyutasında Əmanətlərin Sığortalanması Fondunun sığortalanan əmanətlərin maksimal illik faiz dərəcəsi həddində əmanət yerləşdirən şəxslərə - manatla yerləşdirilən əmanətlərin 2 faizi həcmində, ABŞ dolları valyutası üzrə yerləşdirilən əmanətlərin isə 1 faizi həcmində hədiyyələr veriləcək.

Kampaniya əmanətlərini minimum 6 ay müddətinə ən azı min manat və ya min ABŞ dolları yerləşdirən əmanətçilərə şamil edilir. Kampaniya şərtləri çərçivəsində bankın tərəfdaşı olan şirkətlərdən müxtəlif növ hədiyyə seçimi imkanı yaradılacaq. Hədiyyələr əmanətçilərə kampaniyanın bitmə tarixindən 1 ay sonra təqdim olunacaq.