Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Unibank”ın təmassız “Albalı Plus MasterCard” kartı ilə müştərilər 20 manatadək olan ödənişlərini bir neçə saniyə ərzində başa çatdıra bilərlər.

Bankdan bildiriblər ki, təmassız ödəniş vasitəsilə müştərilər ticarət və xidmət nöqtələrində ödənişə sərf olunan zamana qənaət etməklə ödəniş prosesini sürətləndirə biləcəklər. Ümumiyyətlə, təmassız texnologiyalar ənənəvi kart ödənişlərində keyfiyyətcə yeni mərhələnin başlanmasına səbəb olub.

“Unibank”ın “Kart Prossesinq” departamentinin rəhbəri İlqar İbrahimov deyib: “Təmassız ödənişlərin üstünlüyü təkcə kart sahibinə rahatlıq gətirməklə məhdudlaşmır. Ticarət və xidmət nöqtələrində ödənişə sərf olunan zamana qənaət etməklə ödəniş prosesini sürətləndirmək və kassalarda növbəni qısaltmaq mümkündür”.

Təmassız ödəniş texnologiyası həm Albalı Plus debet, həm də Albalı Plus kredit kartları üzrə yaradılıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud “Facebook” və “Twitter” səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.