Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Azərbaycan bankları tərəfindən Mərkəzi Bankın hərracları vasitəsilə xarici valyuta alışının həcminin azalması həm bankların, həm də əhalinin dollara olan tələbatının aşağı düşməsi ilə bağlıdır.

Bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri, "Rabitəbank"ın Müşahidə Şurasının sədri Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, banklar əsasən müştərilərinin tələbatına əsaslanaraq valyuta alırlar: "Banklararası əməliyyatlarda tələbatlarını qarşılamaq üçün banklar hərracda xarici valyuta almırlar. Belə tələbat xarici kreditlər üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı və ya bankın valyuta mövqelərinin bərpa edilməsi üçün yaranır".

Z.Nuriyev qeyd edib ki, valyutanın satış həcminin azalması ilk növbədə bankın müştəriləri tərəfindən sifarişlərin sayının azalması ilə bağlıdır: "Hazırda belə sifarişların sayı çox azdır, buna görə də banklar əldə edilən valyutanın həcmini azaldıblar. Bundan başqa, nəzərə almaq lazımdır ki, bankın müştəriləri də banka xarici valyuta satır. Bu, hər bir bankın daxili əməliyyatıdır, buna görə də həmin əməliyyatlar barədə məlumat hamı tərəfindən əlçatan deyil".

Qeyd edək ki, bu ilin yanvarında banklar hərracda orta hesabla 144,56 milyon dollar almışdısa, martda analoji göstərici 48,23 milyon dollar (təqribən 3 dəfə azalma) olub.