Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank VTB (Azərbaycan)" müştərilərinə yeni komisyon məhsulu olan paket sığorta məhsullarını təklif edir. Paket sığorta məhsulları əvvəlcədən müəyyən edilmiş qaydada sabit şərtləri, riskləri və sığorta məbləğləri olan sığorta proqramıdır.

Bankdan bildiriblər ki, "Bank VTB (Azərbaycan)" sözügedən paket çərçivəsində "KASKO avtomobil sığortası" , "Daşınmaz əmlakın sığortası" və "Bədbəxt hadisələrdən sığorta" kimi məhsullar təqdim edir. Hər bir sığorta məhsulunun müddəti 1 ildir. Kasko sığortasının qiyməti 99 və 220 manat təşkil edir. Əmlakın sığortalanması zamanı məhsulun qiyməti bölgədən asılı olaraq dəyişir - 48 manatdan 70 manatadək. Bədbəxt hadisələrdən sığortanın qiyməti isə 30 və 35 manatdır.

Sığorta polisinin alınması və rəsmiləşdirilməsi "Bank VTB (Azərbaycan)"ın filiallarında həyata keçirilir. Bunun üçün sığorta şirkətinə müraciət etməyə ehtiyac yoxdur. Sənədlərə olan tələblər minimaldır. "KASKO avtomobil sığortası" məhsulunu almaq üçün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və avtomobilin texniki pasportu tələb olunur. Əmlakını sığortalamaqda maraqlı olanlar şəxsiyyət vəsiqəsi ilə birgə əmlak sahibliyini təsdiq edən sənəd təqdim etməlidir. Bədbəxt hadisələrdən sığortalanarkən yalnız şəxsiyyət vəsiqəsi lazımdır.

Bundan başqa, "Bank VTB (Azərbaycan)"ın paket sığorta məhsullarını hədiyyə üçün də almaq mümkündür.