Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“AccessBank” fiziki şəxslər və fərdi sahibkarlar üçün myAccess internet-bankinq xidmətindən ilk 3 ay ərzində pulsuz istifadə imkanını yaradır.

Bankdan verilən məlumata görə, myAccess müasir tələblərə cavab verən innovativ internet-bankinq sistemidir. Ötən ilin oktyabr ayında istifadəyə verilən bu xidmət qısa müddət ərzində müştərilərin böyük marağına səbəb olub. Sistemin rahatlığı və funksionallığı, həmçinin hesabları idarə etmək üçün yaratdığı geniş imkanlar korporativ müştərilər tərəfindən də yüksək qiymətləndirilir. Sistem istifadəçilərinin sayı gündən-günə çoxalır – yalnız son iki ay ərzində xidmətə qoşulan müştərilərin sayı iki dəfə artıb.

myAccess təhlükəsizliyi yüksək səviyyədə təmin edir, belə ki, High-Tech Bridge və Qualys şirkətləri, eləcə də “Böyük dördlüyə” daxil olan və dünyanın ən böyük auditor-məsləhətçilik şirkətlərindən biri PwC tərəfindən aparılan tədqiqatlar əsasında myAccess Azərbaycanda ən təhlükəsiz internet-bankinq sistemlərindən biri kimi tanınıb.

İstifadəçilərin rahatlığı üçün bankın saytında video-təlimatlar yerləşdirilib. Həmin təlimatlar sayəsində müştərilər sistemin imkanları ilə tanış olaraq ətraflı məlumat əldə edə bilərlər.