Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Unibank”la “Bakcell” ilk layihə həyata keçirir.

“Bakcell” şirkəti və “Unibank”ın yeni eksklüziv ALBUKART adsız debet kartının təqdimat mərasimi keçirilib. “Unibank”ın baş icraçı direktoru Xalid Əhədov deyib: “Yüksək xidmət keyfiyyəti və müştərilərimizin artan tələbatları üçün geniş çeşidli məhsulların təmin olunması bankımızın fəaliyyətində ən yüksək əhəmiyyət kəsb edən amillərdəndir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, ALBUKART ölkəmizin kart biznesi tarixində yeni bir fəsildir. Bu yeni fəsli “Bakcell” ilə birgə tərəfdaşlıq çərçivəsində açmağımıza çox şadam. ALBUKART ölkəmizdə bankçılıq və telekommunikasiya sahələrində mövcud olan ən qabaqcıl bilik və təcrübələri birləşdirən bir məhsul kimi müştərilərimiz üçün uğurlu olacaq”.

“Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer Azərbaycanda ilk dəfə olaraq bu təklifi irəli sürməkdən məmnun olduğunu bildirib: “ALBUKART bizim dəyərli müştərilərimiz üçün saysız-hesabsız imkanlar yaradacaq və öz vaxtlarına və pullarına qənaət etməkdə onlara kömək edəcək. İnanırıq ki, abunəçilərimiz “Bakcell”in “Unibank” və Ulduzum tərəfdaşları ilə əməkdaşlığının nəticələrindən faydalana biləcəklər. Çünki tərəfdaşlarımızla birlikdə bizim bir əsas məqsədimiz var – abunəçilərimizin həyatını daha da asanlaşdırmaq və onlar üçün daha sərfəli şərtlər təmin edək”.

Təqdimat mərasimində bildirilib ki, yeni kartın verilməsində məqsəd hansı mobil operatorun abunəçisi olmalarından asılı olmayaraq, müştərilərə nadir fürsətlərdən və bonus proqramlarından faydalanmaq imkanı yaratmaqdır. Eyni zamanda, bu, müxtəlif satış nöqtələrində dərhal əldə oluna bilən, sözün həqiqi mənasında ilk anonim plastik kartdır. “Bakcell” şirkətinin təklif etdiyi bonuslardan faydalanmaq üçün ALBUKART yalnız “Bakcell” nömrəsinə qoşulmalıdır.

Müştərilər ALBUKART kartını “Bakcell”in istənilən Müştəri Xidməti mərkəzlərindən və ya “Unibank”ın filiallarından şəxsiyyət vəsiqələrini təqdim etməklə əldə edə bilərlər.