Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“DəmirBank” müxtəlif istiqamətlərdə kreditləşməni həyata keçirir.

Bankdan bildiriblər ki, bank həm dövlət və özəl müəssisələrdə çalışanların istehlak məqsədilə, həm də biznesini artırmaq istəyən sahibkarlara dəstək məqsədilə vəsaitlərin ayrılması proqramını davam etdirir. Sahibkarlar “DəmirBank”dan sərfəli kreditlər əldə edərək öz bizneslərini genişləndirmək imkanı əldə edə bilərlər.

“DəmirBank” kiçik sahibkarlığın inkişafı üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına sahibkarlara güzəştli kreditlər verməkdə davam edir. Bu kreditlər SKMF-in dəstəyi ilə ölkədə sahibkarlığın inkişafına yönəlmiş dövlət kreditləşmə proqramı çərçivəsində təqdim edilir. Belə ki, sahibkarlar 36 ay müddətinə 6 faiz sərfəli kreditlərdən yararlana bilər. Sahibkarlar həmçinin 18 aylıq güzəşt müddətindən də yararlanmış olacaqlar.

Bununla yanaşı “DəmirBank” Azərbaycan Dövlət İpoteka Fondu ilə də əməkdaşlıq edir. Uğurlu əməkdaşlığın nəticəsi olaraq bank yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminə görə 2015-ci ilin yekunlarına əsasən birinci yerə layiq görülüb. Qeyd etmək lazımdır ki, “DəmirBank” əhaliyə Azərbaycan Dövlət İpoteka Fondu hesabına adi və sosial ipoteka ilə yanaşı bankdaxili ipoteka kreditlərini də təklif edir.

Sahibkarlıq krediti və digər kreditlər bankın bütün filiallarında verilir.

Ətraflı məlumatı bankın məlumat mərkəzindən (012) 149 http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.