Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Kapital Bank"ın müştəriləri "Elektron hökumət" portalı vasitəsilə təqdim edilən "Elektron arayış"lardan istifadə olunmaqla bank xidmətlərinə müraciət edə biləcəklər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, elektron arayış müxtəlif dövlət orqanlarının elektron informasiya ehtiyatları əsasında hazırlanmış elektron sənəddir. "Elektron arayış"lar bank xidmətlərindən istifadə zamanı vaxt itkisinin qarşısını almaqla vətəndaşın rahatlığını təmin edir. Xidmətin digər üstünlüyü də vətəndaşın işlədiyi müəssisədən arayış almaq zərurətinin aradan qaldırılmasıdır.

Portalın istifadəçisi isə istənilən yerdən portala daxil olaraq bankın tələb etdiyi arayışları çap edə və ya elektron şəkildə banka ünvanlaya bilər. Sonra elektron arayış portal vasitəsilə təqdim olunan "Elektron arayışların yoxlanılması" xidməti vasitəsilə yoxlanılır.

Qeyd edək ki, xidmət hazırda bankın 1 saylı Səbail, 1 saylı Xətai, 2 saylı Nizami, 2 saylı Nəsimi filiallarında mövcuddur. Yaxın gələcəkdə bu xidmət bankın digər filiallarında da tətbiq olunacaq.