Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin ləğvedicisi tərəfindən bank qarşısında borc öhdəliyi olan fiziki və hüquqi şəxslərə bildiriş ünvanlayıb.

Fonddan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1 (81)-1404/16 saylı qətnaməsi ilə "Bank of Azerbaijan" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmış, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilib. Bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirilir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 72-ci maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bundan başqa, bankın öhdəlikləri üzrə faizlərin və digər haqların hesablanması dayandırılsa da, bankın aktivlərinə faizlərin və digər haqların hesablanması dayandırılmır.

Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Banka borcu olan şəxslər borclarının ödənilməsi və məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər:

Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 24.

Əlaqə telefonları: 175 qaynar xətt (+99412) 499 70 00, (+99412) 596 65 91/92/93.