Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“AccessBank” Asiya İnkişaf Bankı (AİB) ilə 2018-ci ilin sonunadək çərçivə müqaviləsi imzalayıb.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, sazişə əsasən AİB “AccessBank”ın institusional inkişafı və potensialının daha da güclənməsi üçün dəstək verəcək. Bu əməkdaşlıq çərçivəsində AİB iki strateji sahədə - elektron bankçılığa əsaslanan pərakəndə xidmətlərin inkişafı, eləcə də şəhər və kəndlərdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) müştəriləri üçün qeyri-maliyyə xidmətlərinin tətbiqi istiqamətində banka texniki yardım göstərəcək.

"Biz AİB ilə uğurlu tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq və bu yeni razılaşmanı bizə və uzunmüddətli münasibətlərimizə göstərilən etimad kimi dəyərləndiririk. Mən əminəm ki, bu əməkdaşlıq sayəsində bankımız ölkədə fəaliyyət göstərən bütün müştərilərimizin rahatlığı üçün xidmətlərini daha da təkmilləşdirəcək və məhsul çeşidlərini genişləndirəcək”, - deyə “AccessBank”ın idarə heyətinin sədri Michael Hoffmann bildirib.

AİB-in dövlət idarəçiliyi, maliyyə sektoru və ticarət məsələləri üzrə direktoru Rainer Hartel deyib: “Sahibkarlara dəstək məqsədi ilə AİB-in özəl sektorda keçirdiyi əməliyyatlar çərçivəsində “AccessBank”la əməkdaşlıq etməkdən çox şadıq. Bu əməliyyatların köməyi ilə AİB xüsusən Azərbaycan regionlarında, sahibkarlara maliyyə xidmətlərinin göstərilməsinə və onların təşkilati imkanlarının genişləndirilməsinə şərait yaradır”.