Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank VTB (Azərbaycan)"ın "Müştəriyə dəstək" güzəşt proqramı həyata keçirir. Bankın idarə heyətinin sədri Yuri Yakovlevin sözlərinə görə, "Müştəriyə dəstək" proqramı üzrə banka hər gün 100-ə yaxın müraciət daxil olur.

Bu barədə "Bank VTB (Azərbaycan)"dan AZƏRTAC-a verilən məlumatda bildirilir.

"Proqrama əsasən, biz müştərilərimizə hazırkı vəziyyətdə onların ödəniş qabiliyyətini nəzərə alan şərtlər təklif edirik. Fərdi yanaşma hesabına proqram hər bir müştəriyə kredit ödənişini daha asan şəkildə həyata keçirməyə imkan yaradır", - deyə Yuri Yakovlev bildirib.

Qeyd edilir ki, güzəşt proqramının şərtlərinə əsasən, bank müştəriləri iki kateqoriyaya bölüb: iş yerini və əsas gəlir mənbəyini itirən və indiki vəziyyətdə gəlirləri xeyli azalan müştərilər. İş yerini və əsas gəlir mənbəyini itirənlər üçün proqram 6 ay müddətinə aylıq ödənişin əhəmiyyətli şəkildə azaldılmasını nəzərdə tutur. Bu müddət ərzində "Avtokredit" və "Girovlu istehlak krediti" olan müştərilər aylıq ödənişlərinin cəmi 10 faizini, "Nağd kredit" məhsulu üzrə borclu olanlar isə aylıq ödənişlərinin cəmi 15 faizini ödəyəcək. Beləliklə, kreditin məbləğindən asılı olaraq aylıq ödəniş hətta 15-20 manat təşkil edə bilər ki, bu da hər kəsin ödəyə biləcəyi məbləğdir.

Proqram çərçivəsində gəlirləri azalan müştərilərə bank aylıq ödənişin bir il müddətinə azaldılmasını təklif edir. Nəticədə aylıq ödənişlər dollar kreditləri üçün 50 faizə qədər, manat və rublda olan kreditlər üçün 30 faizədək azaldıla bilər. Bu, proqram iştirakçılarına devalvasiyadan əvvəl ödədikləri məbləğdən daha az ödəniş etməyə imkan verəcək. Bundan əlavə, gecikməsiz ödəniş edən müştərilər üçün 12 ayın yekununda bank, kreditin faiz dərəcəsini 25 faiz azaltmağa hazırdır.

Y.Yakovlevin sözlərinə görə, "Bank VTB (Azərbaycan)" nəinki pərakəndə, həmçinin korporativ müştərilərinə kömək etmək niyyətindədir. Korporativ müştərilər üçün bank fərdi təkliflər hazırlayır. "Əminəm ki, birlikdə bu vəziyyətdən çıxacağıq. Bir müddətdən sonra daha asan olacaq, biznes də, əhali də inflyasiya şokunun nəticələrini geridə qoyacaq", - deyə Yuri Yakovlev əlavə edib.