Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Bank of Azerbaijan", "Gəncəbank" və "Yunayted Kredit Bank"ın əmanətçilərinə, ümumilikdə 28,8 milyon manat kompensasiya ödəniləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov fevralın 3-də "Gəncəbank" ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Diqqətə çatdırılıb ki, Əmanətlərin Sığortalanması Fondunun 132 milyon manat vəsaiti var. "Bank of Azerbaijan" ASC-yə kompensasiya ödənildikdən sonra fondun 107 milyon manat, "Gəncəbank" ASC-yə kompensasiyalar ödənildikdən sonra 105 milyon manat, "Yunayted Kredit Bank"ın əmanətçilərinə ödəniş edildikdən sonra isə 103 milyon manat vəsait qalacaq. Digər banklarda sığorta hadisəsi baş verərsə, ƏSF 118 milyon manata yaxın kompensasiya ödəyəcək və fondun 14 milyon manat vəsaiti qalacaq. Daha sonra isə fond bu banklardan vəsaiti geri alacaq. ƏSF təqvim haqlarından rüb ərzində 7 milyon manata yaxın vəsait yığır. Demək olar ki, fonda il ərzində 30 milyon manata yaxın vəsait daxil olur.