Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Gəncəbank"ın əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılması prosesinə fevralın 4-dən başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov fevralın 3-də "Gəncəbank" ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsi ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

"Əmanətlərin Sığortalanması Fondu tərəfindən bankın 378 qorunan əmanətçisinə 1,5 milyon manat məbləğində kompensasiya ödəniləcək. Kompensasiyalar əmanətçilərə agent bank olaraq seçilmiş "Rabitəbank" ASC, "Unibank" ASC və "Kapital Bank" ASC-nin filialları vasitəsilə veriləcək", - deyə A.Cavadov diqqətə çatdırıb.

Əmanətlərin Sığortalanması Fondu sığorta baş vermiş "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəyəcək agent bankların filiallarını müəyyən edib. Qorunan əmanətçilərə kompensasiyaların ödənilməsində bankın baş ofisi, Mərkəzi şöbə, "Kəpəz" filialı üzrə "Rabitəbank" ASC-nin "Gəncə" filialı, "Şəmkir" filialı üzrə "Rabitəbank" ASC-nin "Şəmkir" filialı, Bakı şöbəsi üzrə "Unibank" ASC-nin Müştəri Xidmətləri bölməsi, "Bərdə" filialı üzrə "Kapital Bank" ASC-nin "Bərdə" filialı iştirak edəcək.

Bildirilib ki, kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər fevralın 4-dən etibarən sığorta hadisəsi baş vermiş "Gəncəbank"ın filiallarından, agent bankların filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən, eləcə də Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.

Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Sığorta hadisəsinə görə ƏSF tərəfindən hər bir qorunan əmanətçiyə 100 faiz həcmində, lakin 30 min manatdan çox olmamaq şərti ilə kompensasiya ödənilir.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Gəncəbank" ASC-nin bank lisenziyası ləğv edilib. Eyni zamanda, "Gəncəbank" Əmanətlərin Sığortalanması Fonduna üzv bankların reyestrindən çıxarılıb və banka verilmiş şəhadətnamə ləğv edilib.