Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“DəmirBank” Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) “Müştərilərin maliyyə savadlılığının artırılmasına önəm verən qabaqcıl təşkilat” nominasiyası üzrə mükafatına layiq görülüb.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, bank mükafatı əhalinin maliyyə savadlılığının artırılması, eləcə də əməkdaşların müştərilərə qarşı ədalətli və hörmətli davranışının təmin edilməsinin nişanəsi olaraq alıb.

Belə ki, “DəmirBank” artıq bir neçə ildir ki, Mərkəzi Bankın ölkə əhalisinin maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədilə həyata keçirdiyi "Maliyyə savadlılığı" layihəsində fəal iştirak edir. Hər il layihə çərçivəsində bankın əməkdaşları Bakı və regionlarda yerləşən müxtəlif məktəblərdə, ali təhsil müəssisələrində bu mövzuda tədbirlər keçirir. Həmçinin, bank tərəfindən müxtəlif təcrübə proqramları təşkil olunur ki, bu proqramlar tələbələr üçün əsl komanda işi ilə tanış olmaq, təcrübəli əməkdaşlarla birlikdə çalışaraq layihələrdə və əməliyyatlarda iştirak etmək, müvəffəqiyyətli karyera üçün lazım olan texniki və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.