Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

"Moody's Investor Service" beynəlxalq agentliyi "Kapital Bank" ASC-nin hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) "b1", yerli və xarici valyutada olan uzunmüddətli depozit reytinqini isə "Ba3" səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb.

Bankdan AZƏRTAC-a bildiriblər ki, agentlik kontragentin uzunmüddətli risk dəyərləndirməsini "Ba2(cr)", qısamüddətli risk dəyərləndirməsini isə "Not Prime(cr)" səviyyəsində təsdiq edib.

Ölkədəki makroiqtisadi dəyişikliyi rəhbər tutaraq, agentlik "Kapital Bank"ın uzunmüddətli depozit reytinqi üzrə proqnozunu "stabil"dən "neqativ"ə dəyişdirib.

Növbəti il ərzində "Kapital Bank" mənfəətlilik dərəcəsini qoruyub saxlayacaq. Bank kifayət qədər kapital ehtiyatına malikdir və bu il yanvarın 1-dək bankın kapital yetərliliyi və likvidlik əmsalları yaxşıdır. "Korporativ müştərilərə, hökumət strukturlarına və büdcədən vəsait alanlara və digər ödəmə qabiliyyəti olan müştərilərə bankın kredit verməsi mümkün riskləri qismən azaldır. Digər banklarla müqayisədə bankın xarici valyuta riskinə məruz qalma səviyyəsi nisbətən mülayimdir", - deyə hesabatda qeyd olunur.

Qeyd edək ki, "Moody's Investor Service" beynəlxalq agentliyinin "Kapital Bank"a verdiyi reytinqlər yerli kommersiya bankları arasında ən yüksək reytinqdir.