Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı milli mübarizə sisteminin effektivliyinin yüksəldilməsi məqsədilə "Müsadirə və cinayət yolu ilə əldə edilmiş əmlakın bərpasına dair ən yaxşı təcrübə" sənədi hazırlayıb.

Maliyyə Monitorinq Xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sənəddə əksini tapmış qətimkan tədbirləri və müsadirə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı effektiv mübarizə sisteminin vacib elementlərindəndir. Metodoloji sənəddə cinayət yolu ilə əldə edilmiş əmlakın izlənilməsi, dondurulması, üzərinə həbs qoyulması, müsadirəsi, sübutetmə yükü, müsadirə edilmiş əmlakın idarə edilməsi və beynəlxalq əməkdaşlıq ilə bağlı digər dövlətlərdə mövcud olan ən yaxşı təcrübə və bu sahədə beynəlxalq standartlar izah olunur.

Sözügedən metodoloji sənəd Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti rəsmi internet səhifəsində http://www.fiu.az/aze/metodologiya/ linkində yerləşdirilib.