Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“Expressbank” müştərilərinə yeni xidmətlər göstərir.

“Expressbank”dan AZƏRTAC-a verilən məlumata görə, bankın müştəriləri öz ID şifrələrini (müştəri kodu) öyrənmək üçün banka bildirdiyi mobil nömrədən “ID” yazıb 8132 qısa nömrəsinə SMS göndərə bilərlər. İndiyədək bu şifrəni filialdan və ya 132 nömrəsinə zəng vurmaqla əldə etmək mümkün idi.

Müştəri şifrəsi vasitəsilə “Expressbank”ın korporativ saytında olan “Şəxsi kabinet” bölməsinə daxil olmaq mümkündür. Daha sonra, çox asan bir prosedur təşkil edən qeydiyyatdan keçərək, müştəri kredit ödənişi, cari hesaba mədaxil, depozit hesabının artırılması, bank kartı hesabına vəsaitin yerləşdirilməsi kimi əməliyyatlar həyata keçirə bilər. Qeyd edək ki, əməliyyatlar dərhal həyata keçir.

Bundan başqa müştərilər öz ID-ləri vasitəsilə ExpressPay ödəniş terminallarında banka aid ödənişlərini də (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil) edə bilərlər.

Ətraflı məlumatı 132 məlumat mərkəzindən, www.expressbank.az saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.