Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
22-28 avqust 2019-cu il
33 (1080)
15-21 avqust 2019-cu il
32 (1080)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

ASC “Xalq Bank” plastik kart müştərilərinin internet vasitəsi ilə apardığı ödəmə əməliyyatlarının təhlükəsizliyini artırmaq və internet şəbəkəsində baş verən dələduzluq hallarından qorumaq məqsədi ilə “3D Secure” xidmətinə qoşuldu.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, “3D Secure” xidmətinin köməyi ilə kart sahibinin autendifikasiyası yalnız müştəriyə aid olan və kartın üzərində qeyd edilməyən xüsusi “3D” şifrəsi vasitəsilə “AzeriCard” prosessinq mərkəzinin mühafizə olunan səhifəsində aparılır. “3D Secure” təhlükəsizlik standartını dəstəkləyən saytlarda mal və ya xidmətlər üçün ödəniş edən zaman müştəri www.azericard.com səhifəsinə keçir, orada "3D" şifrəsini daxil edir və yalnız şifrənin təsdiqindən sonra ödəniş həyata keçir.

“3D Secure” xidmətinə qoşulmaq üçün kart sahibləri qeydiyyatdan keçməlidir. Bunun üçün müştərilər istənilən bankomatın xidmətlər menyusuna daxil olub, ordakı "İB və 3D secure parolları” bölməsini seçməli və birdəfəlik şifrələr qeyd edilmiş çeki çap etməlidirlər.

Bankın “SMS-məlumatlandırma” xidmətinə qoşulmuş müştərilərə isə daimi şifrə SMS vasitəsilə göndərilir. Həmin şifrə həm qeydiyyatdan keçmək üçün, həm də internetdə ödənişlər aparmaq üçün istifadə olunur. Xidməti aktivləşdirmək üçün müştəri https://acs.3dsecure.az/way4acs/enroll səhifəsində qeydiyyatdan keçir və sonra həyata keçirdiyi hər onlayn ödəniş zamanı sistemin tələb etdiyi şifrəni daxil edir. Müştəri bununla ödənişin tam təhlükəsizliyini təmin edir və dələduzluq risklərini minimuma endirir. Ödəniş üçün şifrələr müştərinin seçiminə görə bankomatdan (menyunun “İB və 3D secure parolları” bölməsindən) və yaxud SMS vasitəsi ilə (kart “SMS-məlumatlandırma” xidmətinə qoşulduqda) əldə oluna bilər.

Ətraflı məlumatı www.xalqbank.az internet səhifəsindən və ya 138 məlumat mərkəzindən əldə etmək olar.