Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Artıq UnionPay ödəniş sisteminin bütün kart sahibləri “Unibank”ın geniş ATM və POS-terminal xidmətlərindən istifadə edə biləcəklər.

Bankdan AZƏRTAC-a bildirilib ki, bu xidmətlərə bankın ölkə üzrə 80-dən çox bankomatından və geniş filial şəbəkəsindən nağd vəsaitin əldə edilməsi, 1300-dən çox ticarət və xidmət müəssisəsində nağdsız ödənişlərin qəbulu daxildir.

2002-ci ildə Çinin Milli Ödəniş təşkilatı olaraq təsis edilən China UnionPay, hazırda beynəlxalq ödəniş sistemi statusunu daşıyır. Dünyanın 140-dək ölkəsində xidmət göstərən və ödəniş kartlarının sayına görə dünya lideri olan UnionPay ödəniş sisteminə regionda da tələbatın yaranmasını nəzərə alan “Unibank” gələcəkdə bu təşkilatla əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl “Unibank” kart sahiblərinə xidmətin keyfiyyətini və çeşidini artırmaq üçün öz “Kart Prossesinq Mərkəzi”ni yaradıb. Bank kartlarının bankın öz “Prosessinq Mərkəz”i tərəfindən idarə edilməsinə başlanması ödəniş kartları və nağdsız ödənişlər istiqamətində daha çevik və effektiv olmasına imkan verir. Prossesinq mərkəzi bankın yüz minlərlə kart müştərisinin istəklərinə cavab verən çeşidli, innovativ məhsullar təqdim edəcək.