Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“DəmirBank” internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bütün plastik kartlarını 3D Secure xidmətinə qoşub.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu xidmət onlayn ödənişlərin təhlükəsizliyini daha da artırır və müştərilər əmanətlərini internet fırıldaqçılardan qoruyaraq alış-veriş prosesini daha rahat edir.

Xidmətin işləmə mexanizmi çox sadədir. İnternet üzərindən ödəniş həyata keçirərkən bütün lazımi rekvizitlər qeyd olunduqdan sonra müştəri şifrə qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Şifrə avtomatik müştərinin mobil nömrəsinə SMS formasında göndərilir. Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək mümkündür. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə, internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.