Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
3-9 oktyabr 2019-cu il
39 (1086)
19-25 sentyabr 2019-cu il
37 (1084)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“DəmirBank” elektron arayış əsasında kreditlər təklif edir ki, bu da müştərilərə rahat şəkildə kredit əldə etməyə imkan verir.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, müştəri yalnız şəxsiyyət vəsiqəsi ilə banka yaxınlaşaraq iş yerindən arayışı və digər zəruri sənədləri bankda quraşdırılmış xüsusi kompyuterlər vasitəsilə formalaşdıra bilər. Bununla yanaşı, www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə də elektron arayışı formalaşdırmaq və banka göndərmək mümkündür.

Qeyd edək ki, elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda onlayn qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parollarını Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrindən ödənişsiz olaraq əldə etmək mümkündür.

Ətraflı məlumatı http://www.demirbank.az/?/az/ saytından və bankın www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.