Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Siril Müllerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə DB-nin Azərbaycan üzrə kredit portfelinin cari vəziyyəti, yeni təyin olunmuş vitse-prezidentlə tanışlıq və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Bankdan AZƏRTAC-a bildirilib ki, Azərbaycanın DB ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan Mərkəzi Bankın sədri E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılmasına dair fikrilərini bölüşüb. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri S.Müller Azərbaycanın müstəqillik dövründə uğurlu inkişaf yolundan danışaraq yoxsulluğun azaldılması, inklüziv iqtisadi artım və məqsədyönlü infrastruktur layihələrinin icrası istiqamətində əldə etdiyi nailiyyətlərini xüsusilə vurğulayıb. O, Mərkəzi Bankın DB ilə uzunmüddətli sıx əməkdaşlıq əlaqələrini müsbət dəyərləndirərək hər iki qurum arasındakı əməkdaşlığın gələcəkdə də inkişaf etdirilməsinin əhəmiyyətini önə çəkib. Qeyd edib ki, DB-nin 2016-2020-ci illər üzrə Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Strategiyası ölkənin inklüziv və dayanıqlı iqtisadi artımı üçün mühüm dəstək olacaq. Sənədin ölkəmizin orta və uzun müddətli strateji baxışına söykəndiyini qeyd edən S.Müller hazırki mürəkkəb qlobal iqtisadi şəraitdə DB-nin Azərbaycanın strateji tərəfdaşı kimi ölkəyə lazımı dəstək verəcəyini əminliklə vurğulayıb.

Görüş zamanı ölkədə həyata keçirilən və Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrin icra vəziyyəti, dünyada baş verən proseslərin inkişaf etməkdə olan ölkə iqtisadiyyatına təsiri, DB-nin yeni şəraitdə siyasəti, üzv ölkələrə dəstəyi, eləcə də əlavə dəstəyə ehtiyacı olan istiqamətlər kimi məsələlər müzakirə olunub.