Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“PAŞA Bank” yeni “Oracle FLEXCUBE” bank platformasına keçir. Bu addım bankın Azərbaycan, Türkiyə və Gürcüstanda fəaliyyətinin genişləndirilməsi çərçivəsində biznes proseslərinin modernləşdirilməsi üçün atılıb.

PAŞA Bankın idarə heyətinin sədri Taleh Kazımovun sözlərinə əsasən, regionun sahibkarları tərəfindən aparılan biznesin miqyası ildən-ilə artır. Buna görə də, bank onların gələcək inkişafı üçün lazımi dəstəyi göstərə biləcəyinə əmin olmalıdır.

T.Kazımov bildirib ki: “Biz “Oracle” həllini çıxışımızı bütün dünyada aparıcı maliyyə təşkilatlarının istifadə etdiyi qabaqcıl texnologiyalara açdığı üçün seçmişik. Bank sektoru üçün ən müasir texnoloji işlənmələri özündə birləşdirən bu bank platforması qərarların qəbul edilməsinin operativliyini və regional miqyasda apardığımız biznes proseslərinin operativliyini təmin edəcək. İnamla demək olar ki, yeni bank sisteminə keçid “PAŞA Bank”a öz fəaliyyətini “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində aparan müştərilərin tələblərinə daha çevik və tez cavab verməyə imkan yaradır”.

Qeyd edək ki, “Oracle FLEXCUBE” xüsusi olaraq maliyyə müəssisələri üçün işlənib hazırlanmış proqram təminatıdır. Əsas bank funksiyalarını, internet çıxışı və s. özündə əhatə edən bu proqram təminatı təşkilata gündəlik iş prosesini modernləşdirməyə imkan verir.