Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26,3 faizi və yaxud 89,1 milyon manatı həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarında 16 faiz artım müşahidə olunub.

Həyat sığortasındakı yığımların 57 faizi və yaxud 50,8 milyon manatı həyatın yaşam sığortasının, 30,5 faizi və yaxud 27,15 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11 faizi və yaxud 9,85 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1 faizi və ya 991 min manatı əmək qabiliyyətinin sığortasının, cəmi 0,4 faizi və ya 330 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Bu ilin 9 ayı ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 34,2 milyon manat təşkil edib. Bu da ümumi ödənişlərin 26,8 faizini təşkil etməklə, 2014-cü ilin eyni dövrünə nisbətən 45,1 faiz çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 89,6 faizi və yaxud 30,6 milyon manatı həyatın yaşam sığortasının, 5,4 faizi və yaxud 1,8 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 5 faizi və yaxud 1,7 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 38,3 manat ödəniş həyata keçirilib. Ötən ilin yanvar-sentyabr aylarında bu rəqəm 30,6 manat olub.