Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“DəmirBank” müştərilərə daha çevik və keyfiyyətli xidmət göstərmək üçün biznes proseslərinin avtomatlaşdırılmasını davam etdirir. Bankın biznes prosesləri dünyada ən məşhur ERP sistemlərindən olan SAP sisteminin üzərindədir. Bundan başqa, plastik kartların müstəqil prosessinq mərkəzi olan OCEAN proqramının tətbiqi uğurla başa çatdırılıb.

Bankdan AZƏRTAC-a bildirilib ki, biznes proseslərin avtomatlaşdırılması həm də resurslara qənaət edilməsinə gətirib çıxarır. Bunun sayəsində işçi sayının da optimallaşdırılması mümkün olub. Sentyabr ayında bankda çalışanların sayı ilin başlanğıcı ilə müqayisə edilsə 3 faiz (35 nəfər) azalma olduğu görünər.

“DəmirBank” sentyabr ayında Ağsu və Sabunçu filiallarının yeni interyer dizaynda təmir olunmuş ofisinin açılış mərasimlərini keçirib. Yaxın zamanda isə daha 2 filialın açılışı və bir neçə yeni böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub.