Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Əmanətlərin Sığortalanması Fondu 2015-ci ilin doqquz ayının nəticələrini açıqlayıb.

Fonddan AZƏRTAC-a bildirilib ki, bu ilin doqquz ayının yekununa əsasən fiziki şəxslərin cəmi əmanətləri (7 336 milyon manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 60 faizini təşkil edib.

Bu dövrdə fiziki şəxslərin ümumi əmanətləri 659 milyon manat (10 faiz), qorunan əmanətlər 2003 milyon manat (66 faiz) artmış, qorunmayan əmanətlər isə 1344 milyon manat (37 faiz) azalıb.

Cari ilin doqquz ayının yekununda fiziki şəxslərin (7 336 milyon manat) cəmi əmanətlərinin 69 faizini (5 044 milyon manat) qorunan əmanətlər, 31faizini ( 2 292 milyon manat) isə qorunmayan əmanətlər təşkil edib. Kompensasiya olunan əmanətlər ilin əvvəlinə olan göstərici ilə müqayisədə 31 faiz (528 milyon manat) artaraq 2 213 milyon manat olub ki, bu da ümumi əmanətlərin 30 faizini, qorunan əmanətlərin isə 44 faizini təşkil edir.

Üzv banklar tərəfindən 7 304 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 634 971 nəfəri (91 faiz) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6 faizinin (6 240 434 nəfər) əmanəti 30 min manata qədərdir və 100 faiz sığortalanır.

Qorunan əmanətlərin 71 faizi ABŞ dollarının, 25 faizi manatın, 4 faizi avronun payına düşür.

Hazırda fondun sığorta ehtiyatları 109,4 milyon manat təşkil edir.

Sərbəst vəsaitlərinin idarə edilməsi fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 78,7 milyon manat məbləğində dövlət qiymətli kağızlarında yerləşdirilib və orta hesabla illik gəlirlilik 4,2 faiz təşkil edib. Fondun 5 milyon avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Fondun doqquz ayının yekununa əsasən gəlirləri 19,2 milyon manat olub ki, bunun da 16,5 milyon manatını təqvim haqları, 20 min manatı üzvlük haqları, 2,6 milyon manatını isə faiz və digər gəlirlər təşkil edib. Fondun cəmi xərcləri 1,2 milyon manat təşkil edib.

2015-ci ilin III rübün sonuna fondun iştirakçısı olan bankların sayı 43-dür.

Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin diqqətinə çatdırır ki, 2015-ci il fevralın 24-dən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 faizdir.

Bu ilin fevralın 24-dək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 2015-ci il fevralın 24-dən qorunan əmanət hesab olunur və fond tərəfindən sığortalanır.

Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 min manat məbləğində kompensasiya ödənilir.