Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
13-19 iyun 2019-cu il
23 (1071)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“PAŞA Bank” ixrac-idxal əməliyyatları həyata keçirən şirkətlərə beynəlxalq faktorinq xidmətləri göstərəcək. Belə ki, bank dünya üzrə 270-dən artıq şirkəti özündə birləşdirən ən böyük faktorinq assosiasiyalarından biri olan Beynəlxalq Faktorlar Assosiasiyasına (Factors Chain International) üzv qəbul edilib.

Bu barədə AZƏRTAC-a bankın mətbuat xidmətindən bildirilib. Assosiasiyada iştirak Azərbaycanın faktorinq bazarının əsas iştirakçısı olan “PAŞA Bank”a beynəlxalq faktorinq bazarına çıxma imkanı verir.

“PAŞA Bank”ın baş kommersiya inzibatçısı Melih Menqünün sözlərinə görə, BFA–nın əsas hədəflərindən biri faktorinq üzrə beynəlxalq səviyyədə əqdlərin bağlanılması məqsədilə ümumi qayda və şərtlərin müəyyən edilməsidir. “BFA-nın hər bir üzvünə qarşı həm maliyyə dayanıqlığı, həm də təqdim edilən xidmətlərin keyfiyyəti baxımından kifayət qədər ciddi tələblər müəyyən olunur və Azərbaycandan assosiasiyanın sıralarına qatılan ilk və yeganə maliyyə institutu olmağımız, əlbəttə ki, bizi sevindirməyə bilməz. Bankın BFA üzvlüyü müştərilərimiz qarşısında böyük imkanlar açır. Belə ki, assosiasiyanın üzvü olmaqla biz faktorinqin idxal və ixrac növlərini həyata keçirmək və ümumilikdə, xarici iqtisadi əlaqələr sahəsində fəaliyyət göstərən Azərbaycan sahibkarlarını dəstəkləmək, öz müştərilərimizə bizneslərinin rəqabət üstünlüklərindən faydalanmağa yardım etmək fürsəti qazanmışıq”, – deyə, M. Menqü vurğulayıb.

O, həmçinin nəzərə çatdırıb ki, regionda iqtisadi vəziyyətin qeyri-sabit olmasına baxmayaraq, “PAŞA Bank” bundan sonra da yeni xidmət növləri hazırlamaq və tətbiqinə başlamaqda, beynəlxalq icmalara qoşulmaqda davam etməklə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində öz töhfələrini verəcək və “Azərbaycan-Türkiyə-Gürcüstan” iqtisadi üçbucağı çərçivəsində real sektoru hərtərəfli şəkildə dəstəkləyəcək.