Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

Bir neçə ay davam edən layihə üzrə intensiv işlərin icrasından sonra “AccessBank” uğurla yeni innovativ “myAccess” internet bankinq xidmətini istifadəyə verib. Artıq müştərilər bu xidmətdən faydalana bilər.

Bankdan AZƏRTAC-a verilən məlumata əsasən yeni “myAccess” xidməti Mərkəzi Avropada internet bankinq sistemlərinin hazırlanması üzrə aparıcı şirkətlə birlikdə işlənib hazırlanıb. Bu təchizatçı daha əvvəl bu cür layihələri dünyanın iri bankları üçün həyata keçirərək onlara yerli bazarlarda İnternet bankinq üzrə aparıcı mövqe tutmağa imkan yaradıb.

Bildirilib ki, “myAccess” xidmətinin istifadəyə verilməsi bazarda hökm sürən hazırki mürəkkəb şəraitə rəğmən “AccessBank” çoxsaylı müştərilərinə elektron bankinq üzrə ən qabaqcıl xidmətlər təklif etmək üçün müasir bank texnologiyasına sərmayə yatırmaqda davam edir.