Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Bank və maliyyə

“AGBank” “ Ən yaxşı treyder” müsabiqəsinin qaliblərini müəyyən edib.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 17-dən sentyabrın 30-dək keçirilən müsabiqə dövründə ticarət edərək balansını ən çox artıran 3 treyder - Cavid Teymurov, Anar Bağırov və Tural Hüseynzadə “Ən yaxşı treyder” adına layiq görülüblər.

Məlumatda qeyd olunub ki, 1-ci yerin sahibi Cavid Teymurov 10 000, 2-ci yeri tutan Anar Bağırov 5000 və 3-cü yerə layiq görülən Tural Hüseynzadə 2500 ABŞ dolları məbləğində real hesab qazanıblar.

Müsabiqədə qalib olaraq qazandıqları hesabları nağdlaşdırmaq istəyən treyderlər dekabrın 31-dək 10 000 ABŞ dollarına görə ən azı 500 lot, 5000 ABŞ dollarına görə 250 lot və 2500 ABŞ dollarına görə 125 lot toplamalıdırlar.

Müsabiqədə yüksək göstəricilərə nail olan digər 7 iştirakçı isə sertifikat ilə təltif olunublar.

Foreks bazarında ticarət həftənin 5 günü 24 saat ərzində aparılır. Bundan əlavə, “AGBank”la Foreks əməliyyatlarında iştirak edib bonuslar toplayaraq son model telefon, kompyuter, lüks avtomobil kimi hədiyyələr əldə etmək fürsəti də qazanılır. Ticarətə yeni başlayanlar üçün bu sahədə, bankın mütəxəssisləri tərəfindən ödənişsiz tədris kursları da təşkil olunur.